Menyu

Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməlidir

Operativ Media
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.

Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır:

"Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur.

Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm" - Prezident bildirib.

Əlaqəli Xəbərlər