Menyu

Ərdoğan Kanadanın Baş naziri ilə telefon danışığı aparıb

Operativ Media
Ərdoğan Kanadanın Baş naziri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kanadanın Baş naziri Mark Karni ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Liderlər Türkiyə və Kanada arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər", - məlumatda bildirilib.

Ərdoğan Kanadanın Baş naziri Mark Karnini Ankarada keçiriləcək NATO və COP31 sammitlərinə dəvət edib, həmçinin Baş nazir Karnini 2026-cı il başa çatana qədər rəsmi səfər çərçivəsində Türkiyədə qəbul etmək istəyini deyib.

Əlaqəli Xəbərlər