Azərbaycanda Şimali Kipr günləri keçiriləcək
İyun ayında Azərbaycanda Şimali Kipr günləri keçiriləcək.
Operativ Media "Report"a istinadən xəbər verir ki, bu barədə Şimali Kiprin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Serhan Aktunç bildirib.
Müşavir deyib ki, onları məqsədi Azərbaycan xalqına Şimali Kipr xalqının mədəniyyətini, tarixini, turizmini, təbiətini tanıtmaqdır:
"Azərbaycanın Baş naziri Əli Əsədovla Şimali Kiprin Baş naziri Ünal Üstelin aprelin 1-də keçirilən görüşündən sonra bizim əlaqələrimiz daha da geniş vüsət almağa başlayıb. Mədəniyyət və turizm sahəsində də çoxtərkibli əlaqələrimizi genişləndirmək hədəfimizdir. Bu məqsədlə də bizim tanınmış sənətçilərin, mədəniyyətimizi təmsil edən sürpriz qonaqların da iştirakı ilə Şimali Kipr günlərinin keçirilməsi üçün hazırlıqlarımız davam edir".
Serhan Aktunç xatırladıb ki, 2024-cü ildə də turizmlə bağlı Şimali Kipr Prezidentinin də iştirakı ilə Azərbaycanda təqdimat günləri keçirilib, budəfəki Şimali Kipr günləri isə daha geniş olacaq.