Menyu

Ermənistan səması müvəqqəti olaraq bağlanacaq

Şəfa Hüseynli
Ermənistan səması müvəqqəti olaraq bağlanacaq

Mayın 3-dən 5-dək Ermənistanda ümumi aviasiya uçuşlarına müvəqqəti qadağa tətbiq olunacaq.

Operativ Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Ermənistan Mülki Aviasiya Komitəsi məhdudiyyətin ölkədə keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən 8-ci Avropa Siyasi Birliyi Sammiti, Ermənistan-AB Sammiti və İrəvan Dialoqu təşəbbüsü, eləcə də çoxsaylı xarici nümayəndə heyətlərinin iştirakı ilə əlaqədar tətbiq olunduğunu açıqlayıb.

Əlaqəli Xəbərlər