Türkiyədə məktəbdə baş verən silahlı hücumla əlaqədar saxlanılanların sayı 16-ya çatıb
Xəbərlər redaksiyası
Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə silahlı hücumla əlaqədar 16 şübhəli saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"14 aprel 2026-cı ildə Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı araşdırmalar çərçivəsində 16 şübhəli saxlanılıb. Şübhəlilərə qarşı məhkəmə prosesi davam edir", - deyə açıqlamada bildirilir.