Avstraliyada neft emalı zavodunda güclü yanğın baş verib
Şəfa Hüseynli
Avstraliyanın Viktoriya ştatındakı "Geelong" neft emalı zavodunda böyük yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb.
Bildirilib ki, yanğın avtomobil benzini istehsalı müəssisəsində başlayıb. Dövlət Yanğından Mühafizə İdarəsinin köməkçi rəisi Maykl MakQinnes bir neçə kiçik partlayışın baş verdiyini qeyd edib. İlkin məlumatlara görə, yanğın texniki nasazlıq səbəbindən baş verib.
Zavodun bütün işçiləri təxliyə edilib və xəsarət alan olmayıb.
"Geelong" neft emalı zavodu Avstraliyada fəaliyyət göstərən iki neft emalı zavodundan biridir və ölkənin daxili yanacaq istehlakının təxminən 10%-ni təşkil edir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net