Menyu

Özəl xəstəxanalarda tibbi sığortadan necə yararlanmaq olar?

Ayşən Sadıxzadə
Özəl xəstəxanalarda tibbi sığortadan necə yararlanmaq olar?

Özəl xəstəxanalarda tibbi sığortadan yararlanmaq bir çox vətəndaşı maraqlandıran məsələlərdəndir. Xüsusilə, dövlət tibb müəssisələrində bəzi xidmətlərin əlçatan olmadığı hallarda bu imkan daha da акtuallaşır.

Bəs özəl xəstəxanalarda tibbi sığortadan necə yararlanmaq olar?

Mövzu ilə bağlı Operativ Media İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.

Qurumdan bildirilib ki, vətəndaşın müraciət etdiyi dövlət tibb müəssisəsində ona tələb olunan tibbi xidmətlərin (dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması və ya stasionar tibbi xidmətin göstərilməsi) göstərilməsi mümkün olmadıqda, həmin tibb müəssisəsi bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə (dövlət və ya özəl tibb müəssisəsinə) göndəriş verir.

Bu halda göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsində tibbi xidmətdən icbari tibbi sığorta hesabına istifadə etmək mümkündür.

Əlaqəli Xəbərlər