Şalva Papuaşvili Birləşmiş Ərəb Əmirlikləri Parlamentinin sədri ilə görüşüb
Şəfa Hüseynli
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının prezidenti Saqr Qobaş ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyi qeyd edildi.
Söhbət zamanı İranda davam edən müharibə və regional təhlükəsizlik məsələləri, regional sabitlik və iqtisadi inkişaf üçün sülh və sabitliyin əhəmiyyəti müzakirə olunub. İkitərəfli iqtisadi və investisiya layihələrinin həyata keçirilməsində iki ölkənin etibarlılığının vacibliyi vurğulanıb.