Menyu

Tramp Livan Prezidenti və İsrail Baş nazirini Ağ Evə dəvət edib - YENİLƏNİB

Operativ Media
Tramp Livan Prezidenti və İsrail Baş nazirini Ağ Evə dəvət edib - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu birbaşa danışıqlar aparmaq üçün Ağ Evə dəvət edib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə "Truth Social"da yazıb.

"Əvvəl yayılmış bəyanatın davamı olaraq, mən İsrailin Baş naziri Benyamin Netanyahunu və Livan Prezidenti Jozef Aunu İsrail və Livan arasında 1983-cü ildən bəri ilk məzmunlu danışıqların keçirilməsi üçün Ağ Evə dəvət edirəm", - paylaşımda bildirilib.

ABŞ liderinin sözlərinə görə, hər iki tərəf sülhün əldə olunmasında maraqlıdır və danışıqlar prosesinin sürətlə irəliləyəcəyinə ümid edirlər.

19:48

ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın bu gündən etibarən 10 günlük atəşkəs elan etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən indicə Livanın çox hörmətli Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə çox yaxşı danışıqlar apardım. Bu iki lider ölkələri arasında sülhə nail olmaq üçün Şərq vaxtı ilə axşam saat 5-də rəsmi olaraq 10 günlük atəşkəs rejimi tətbiq edəcəkləri barədə razılığa gəldilər", - Tramp bildirib.

Əlaqəli Xəbərlər