Simonyan: Azərbaycanla sülh möhkəmlənib
Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan İstanbulda Parlamentlərarası İttifaqın 152-ci assambleyasında bildirib.
Onun sözlərinə görə, İrəvan Bakı ilə sülhün möhkəmləndirilməsinə, dialoqun irəliləməsinə və onun real imkanlara çevrilməsinə sadiqdir.
"İstanbulda 152-ci assambleyanın sessiyasında "Sülhü təmin edərək və gələcək nəsillər üçün ədalətə zəmanət verərək" mövzusunda çıxış etdim. 2025-ci il razılaşmasından sonra Azərbaycanla sülh möhkəmlənib, xalqlarımız üçün etimada, əməkdaşlığa və real tərəqqiyə yol açan tarixi addım atılıb.
"Biz regional tərəfdaşlıqları, o cümlədən Türkiyə ilə sabitliyin, qarşılıqlı bağlılığın və ümumi rifahın üstünlük təşkil edəcəyi bir gələcək qurmağa hazırıq", - Simonyan bildirib.