Menyu

Ermənistan və Rumıniya XİN başçıları əməkdaşlığı müzakirə ediblər

Operativ Media
Ermənistan və Rumıniya XİN başçıları əməkdaşlığı müzakirə ediblər

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rumıniyalı həmkarı Oana-Silvia Toiu ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, tərəflər Ermənistan ilə Avropa İttifaqı arasında tərəfdaşlığın dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə edib, sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı hazırlığı vurğulayıblar.

Nazirlər həmçinin may ayının əvvəlində İrəvanda keçiriləcək yüksək səviyyəli tədbirlərdə iştirak məsələsinə toxunublar.

Tərəflər ikitərəfli gündəliyin daha da zənginləşdirilməsi istiqamətində davam edən səylərin vacibliyini qeyd ediblər. Danışıqlar zamanı regional proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafı layihələrinin icrası və onların verə biləcəyi potensial faydalar da müzakirə mövzusu olub.

Əlaqəli Xəbərlər