Çin nüvə enerjisi potensialına görə dünyada liderə çevrilib
Çində atom elektrik stansiyalarının (AES) ümumi quraşdırılmış gücü 125 milyon kVt-a çatmışdır.
Operativ Media xəbər verir ki, bu haqda Çin Nüvə Enerjisi Assosiasiyası tərəfindən dərc olunan "Çinin nüvə enerjisinin inkişafı haqqında 2026-cı il hesabatı"nda (Mavi kitab) qeyd edilib.
Bu göstərici ilə Çin dünyada birinci yerə yüksəlib.
Sənədə əsasən, hazırda Çin Xalq Respublikasında 60 enerji bloku kommersiya məqsədilə istismar olunur. Daha 36 enerji bloku isə tikilmə mərhələsindədir ki, bu da dünyada inşa edilən nüvə reaktorlarının yarısından çoxunu təşkil edir. Bundan əlavə, hakimiyyət orqanları tərəfindən daha 16 enerji blokunun tikintisinə icazə verilib və hazırda işlərin başlanması gözlənilir.
Hesabatda qeyd olunur ki, 2026-cı ildə Çin artıq iki yeni enerji blokunun tikintisinə başlayıb, ilin sonuna qədər isə yeddi qurğunun istifadəyə verilməsi planlaşdırılır.