BMT Baş katibi İsrail və Livan arasında elan olunan atəşkəsə dəstək verib
BMT-nin Baş katibi Antonio Quterreş İsrail və Livan arasında elan olunmuş atəşkəsi alqışlayaraq bütün tərəfləri onun bütün müddəalarına əməl etməyə çağırıb.
Operativ Media xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Düjarrikin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunur: “Baş katib İsrail və Livan arasında 10 günlük atəşkəs elanını alqışlayır və bu prosesin asanlaşdırılmasında Birləşmiş Millətlər Təşkilatının rolunu yüksək qiymətləndirir. O ümid edir ki, atəşkəs danışıqlara və münaqişənin davamlı həllinə yönəlmiş BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsinin tam şəkildə həyata keçirilməsinə şərait yaradacaq. Baş katib bütün tərəfləri atəşkəsə tam riayət etməyə, eləcə də beynəlxalq humanitar hüquq daxil olmaqla, beynəlxalq hüquq üzrə öhdəliklərini yerinə yetirməyə çağırır”.
Dünya təşkilatının rəhbəri, həmçinin bu razılaşmanın Yaxın Şərq regionunda uzunmüddətli və hərtərəfli sülhə nail olunmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Qeyd edək ki, aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livan arasında 10 günlük atəşkəs elan olunduğunu açıqlayıb