İsrail ordusu atəşkəsi pozaraq Livanı bombalayıb
Şəfa Hüseynli
İsrailin 10 günlük müvəqqəti atəşkəs rejiminin qüvvəyə minməsinə baxmayaraq, Livanın cənubundakı əl-Hiyam və Dibbin şəhərlərinə hava hücumları həyata keçirdiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə "NNA" agentliyi məlumat yayıb.
Atəşkəs başladıqdan qısa müddət sonra dərc olunmuş xəbərdə deyilir: "Atəşkəsin tətbiqindən sonra İsrail əl-Hiyam və Dibbin şəhərlərini bombalamağa davam edir".
Hesabatda həmçinin deyilir ki, "Rəşə şəhərində və Cəbəl əl-Şeyx (Hermon) dağının qərb (cənub-şərq) yamaclarında intensiv dron fəaliyyəti müşahidə olunur".
Bombalanmanın nəticələri, o cümlədən maddi ziyan və ya insan itkisi olub-olmadığı barədə hələlik heç bir məlumat açıqlanmayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net