Qırğızıstan və Özbəkistan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb
Şəfa Hüseynli
Qırğızıstan Joqorku Keneşin sədri Marlen Mamataliyev İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Parlamenti məlumat yayıb.
Bildirilib ki, tərəflər iki ölkə arasında əməkdaşlıq və parlamentlərarası əlaqələrin gücləndirilməsi ilə bağlı aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə tərəflər ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcminin 1 milyard ABŞ dollarına çatdığını vurğulayıblar.