İndoneziyada radarlardan itən helikopter qəzaya uğrayıb, 8 nəfər həlak olub
Şəfa Hüseynli
İndoneziyanın Qərbi Kalimantan əyalətində dünən itkin düşən helikopter qəzaya uğrayıb, nəticədə göyərtədəki səkkiz nəfərin hamısı həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, xilasedicilər həmin axşam qəza yerinə çatıblar, lakin çətin relyef və məhdud görünürlük səbəbindən işə başlaya bilməyiblər. Polis hələlik qəzanın səbəbini açıqlamayıb, ölən sərnişinlərin şəxsiyyətləri müəyyən edilməyib.