Menyu

Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

Operativ Media
Sahibə Qafarova Türkiyə Prezidenti ilə görüşdə iştirak edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib.

Operativ Media Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.

Görüş zamanı Türkiyə Prezidenti parlament sədrlərini salamlayaraq, tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını vurğulayıb. O, Parlamentlərarası İttifaqın daşıdığı missiyanı yüksək qiymətləndirərək, 152-ci Assambleyanın parlament diplomatiyası çərçivəsində daha ədalətli və təhlükəsiz bir dünyanın, sülh və sabitliklə müşayiət olunan gələcəyin əsaslarının qoyulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Prezident Tayyib Ərdoğan parlamentlər arasında əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində vacib rol oynadığını vurğulayaraq, dialoq və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinin zəruriliyini bildirib.

Fotogalereya

Əlaqəli Xəbərlər