Türkiyə və Azərbaycan dezinformasiya ilə mübarizədə güclərini birləşdirir
“Antalya Diplomasi Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, əziz qardaşım Hikmət Hacıyev ilə bir araya gəldik”.
Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Direktoru Burhanəddin Duran “X” də etdiyi paylaşımda bildirib.
“Türkiyə ilə Azərbaycan arasındakı köklü qardaşlıq bağları, ortaq tarix və güclü əməkdaşlıq anlayışı ilə hər sahədə möhkəmlənməyə davam edir.
Görüşümüzdə kommunikasiya, media və ictimai diplomatiya sahələrində atıla biləcək ortaq addımlar üzərində dayandıq.
Dezinformasiya ilə mübarizə, düzgün məlumatın effektiv şəkildə paylaşılması və strateji kommunikasiya sahəsində koordinasiyanın artırılması məsələlərində həmrəyliyimizi təsdiq etdik.
Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu baxış çərçivəsində, dost və qardaş Azərbaycan ilə yaxın təmasda olaraq güclü əməkdaşlığımızı davam etdirəcəyik”, - paylaşımda deyilir.