Menyu

Hakan Fidan və Lavrov Antalyada görüşüb - YENİLƏNİB

Operativ Media
Hakan Fidan və Lavrov Antalyada görüşüb - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.

Operativ Media xəbər verir ki, onlar Türkiyədə V Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər.

Nazirlər ikitərəfli münasibətləri, regional və qlobal hadisələri müzakirə ediblər.

Görüşdən sonra “Türkiyə Respublikası Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında 2026–2027-ci illər üçün Məsləhətləşmə Fəaliyyət Planı” imzalanıb.

Sənəd Hakan Fidan və Sergey Lavrov tərəfindən imzalanıb.

12:31

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüş keçirib.

Operativ Media xəbər verir ki, tərəflər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər.

Görüş zamanı regional və beynəlxalq gündəlikdə duran məsələlərin müzakirə olunduğu bildirilir.

Əlaqəli Xəbərlər