Menyu

Paşinyan: Türkiyədən Gümrüyə uçuşlar açıla bilər

Operativ Media
Paşinyan: Türkiyədən Gümrüyə uçuşlar açıla bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan Türk Hava Yolları (THY) şirkətinin Gümrü şəhərinə də uçuşlara başlaya biləcəyini açıqlayıb.

Operativ Media xəbər verir ki, Paşinyan bu barədə brifinqdə jurnalistlərə bildirib.

O, bunun yaxın vaxtlarda baş verə biləcəyinə ümid etdiyini qeyd edib.

Baş nazir xatırladıb ki, THY bu ilin mart ayından İstanbul–İrəvan–İstanbul marşrutu üzrə uçuşlara başlayıb.

Paşinyan əlavə edib ki, İrəvana uçuşların bərpası Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Çində əldə olunmuş şəxsi razılaşmalar nəticəsində mümkün olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər