Menyu

Xankəndidə "Qayıdış: Gənclər Forumu - Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər" mövzusunda tədbir keçirilib - FOTOLAR

Operativ Media
Xankəndidə "Qayıdış: Gənclər Forumu - Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər" mövzusunda tədbir keçirilib - FOTOLAR

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev 16–18 aprel 2026-cı il tarixlərində Xankəndi şəhərində Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” mövzusunda 3 günlük tədbirlərin açılış mərasimində giriş nitqi ilə çıxış edib.

Operativ Media xəbər verir ki, giriş nitqində post-münaqişə dövründə hüquqi mexanizmlərin rolu, məcburi köçkünlərin qayıdışının təmin olunması və gənclərin bu proseslərdə fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Forumun ilk günündə “Prezident İlham Əliyevin sülh diplomatiyası” mövzusunda məruzə təqdim edən Rizvan Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyevin sülh diplomatiyası Azərbaycanın post-münaqişə dövründə formalaşdırdığı strateji yanaşmanın əsasını təşkil edir və regionda sabitlik, əməkdaşlıq və davamlı inkişafın möhkəmləndirilməsinə xidmət edir. Bu siyasət milli maraqların beynəlxalq hüquqa əsaslanaraq müdafiəsi, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənir.

O, həmçinin bildirib ki, sülh diplomatiyası Azərbaycanın regional sabitlik mərkəzinə çevrilməsi və beynəlxalq əməkdaşlıqda etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsinə xidmət edir. Bu kontekstdə 2025-ci ildə Vaşinqtonda keçirilmiş Sülh Sammitində əldə olunan nəticələr və digər beynəlxalq platformalarda aparılan müzakirələr Ermənistanla normallaşma prosesinin irəliləməsinə və regionda uzunmüddətli sabitliyin formalaşmasına töhfə verib.

Fotogalereya

Əlaqəli Xəbərlər