Menyu

ABŞ rəsmiləri Kubaya danışıqlara gedib

Operativ Media
ABŞ rəsmiləri Kubaya danışıqlara gedib

ABŞ nümayəndə heyəti 10 ildən sonra ilk dəfə rəsmi şəkildə Kubaya səfər edib.

Operativ Media xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ nümayəndə heyəti son 10 ildə - Barack Obamanın Kubaya səfərindən sonra ilk dəfə - prezidnt Donald Trumpın təzyiqi fonunda danışıqlar aparmaq üçün ada dövlətinə gedib.

ABŞ-ın diplomatik nümayəndə heyəti Havanada kubalı rəsmilərlə görüş keçirib. Bu barədə CBS News və “Axios” mənbələrə istinadən məlumat yayıb.

ABŞ rəsmiləri kubalı həmkarları ilə bir neçə görüş keçiriblər. Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi “Axios”a danışıqlarda iştirak edənlərdən yalnız birini - Kuba lideri Raul Kastronun nəvəsi Raul Guillermo Rodriguez Kastroni qeyd edib.

Danışıqlar zamanı ABŞ nümayəndə heyəti Kuba hakimiyyətinə ölkədə siyasi və iqtisadi islahatların aparılmasının zəruriliyi barədə xəbərdarlıq edib. Bundan əlavə, Vaşinqton Havanadan siyasi məhbusların azad edilməsini tələb edib.

ABŞ nümayəndə heyəti kubalı həmkarlarına ölkədə internetin bərpasına kömək etməyi, SpaceX şirkətinə məxsus Starlink peyk rabitəsi vasitəsilə çıxış təmin etməyi təklif edib.

Əlaqəli Xəbərlər