Menyu

Ceyhun Bayramov Maqdalena Qrono ilə görüşüb

Operativ Media
 Ceyhun Bayramov  Maqdalena Qrono ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Tərəflər Ermənistan–Azərbaycan normallaşma prosesinə xüsusi diqqət yetirməklə, regionda dialoqun və əməkdaşlığın irəliləməsinə dair fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.

Qeyd olunub ki, müzakirələr zamanı davamlı diplomatik təmasların əhəmiyyəti, sülh danışıqlarında əldə edilmiş irəliləyiş və hərtərəfli və davamlı sülh sazişinə doğru dinamikanın qorunub saxlanılmasının zəruriliyi vurğulanıb.

Həmçinin Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsi, o cümlədən enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və iqtisadi tərəfdaşlıq sahələrindəki imkanları nəzərdən keçirib, davamlı təmasların əhəmiyyəti vurğulanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər