Menyu

Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

Operativ Media
Hakan Fidan: Türkiyə hər zaman Azərbaycanın yanındadır

"Türkiyə Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsi üçün ciddi səylər göstərir".

Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair keçirilən brifinq zamanı deyib.

Hakan Fidan bildirib ki, Türkiyənin əsas xarici siyasət xətti bütün bölgələrdə sülhü və sabitliyi önə çəkməkdir.

Azərbaycan və Ermənistan arasında aparılan danışıqlara toxunan H.Fidan qeyd edib ki, bu istiqamətdə çox mühüm məsafələr qət edilib:

"Bu günə qədər görülən işlər onu göstərir ki, hər iki tərəf sülh axtarışında olduqca səmimidir və irəliyə doğru cəsarətli addımlar atmaqda, risk almaqda istəklidir. Dünya ictimaiyyətinin də bu məsələyə inanılmaz rəğbəti və dəstəyi var".

XİN başçısı Türkiyənin hər zaman Azərbaycanın yanında olmaqda davam edəcəyini xüsusi vurğulayıb:

"Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, bu, bizim ortaq taleyimizdir. İnandıqımız bir reallıq var ki, Azərbaycanın Ermənistanla əldə edəcəyi sülh nəticəsində bölgəmiz çox daha sabit bir regiona çevriləcək. Bu, bütün bölgə xalqları üçün son dərəcə əhəmiyyətlidir".

Əlaqəli Xəbərlər