Serbiya Prezidenti Aleksandar Vuçiç gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasında iştirak etmək məqsədi ilə Azərbaycana səfər edəcək.
Operativ Media xəbər verir ki, o, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon söhbəti zamanı bildirib.
Vuçiç Azərbaycana göstərilən davamlı dəstəyə görə İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və iqtisadi əməkdaşlıq əsasında inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib.