Makron Livanın Baş naziri ilə görüşəcək
Operativ Media
Fransa Prezidenti Emmanuel Makron Livanın Baş naziri Navaf Salam ilə Parisdə görüşəcək.
Operativ Media xəbər verir ki, görüş İsrail və “Hizbullah” arasında 10 günlük atəşkəsin davam etdiyi dövrə təsadüf edir.
Fransa Prezidentinin ofisinin açıqlamasında bildirilib ki, səfər atəşkəsə tam riayət olunmasına dəstək və Fransanın Livanın ərazi bütövlüyünə sadiqliyinin ifadəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, xəbər Fransa tərəfinin Livanda fransız sülhməramlısının ölümündə “Hizbullah”ı ittiham etməsindən bir gün sonra yayılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net