Menyu

Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb

Redaksiya
Bolqarıstanda parlament seçkilərinin ilkin rəsmi nəticələri açıqlanıb

Bolqarıstanda keçirilən parlament seçkilərində səslərin hesablanması davam edir və ilkin rəsmi nəticələr açıqlanıb.

Operativ Media xəbər verir ki, bu barədə "Kazinform" Bolqarıstan Mərkəzi Seçki Komissiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, protokolların 78,24 faizi baxıldıqdan sonra “Proqressiv Bolqarıstan” koalisiyası açıq fərqlə irəlidədir. İlkin nəticələrə əsasən, Rumen Radev tərəfindən yaradılan bu siyasi qüvvə təxminən 44,5 faiz səs toplayaraq rəqiblərini xeyli qabaqlayır.

İkinci yerdə “Dəyişiklikləri Davam etdiririk – Demokratik Bolqarıstan” koalisiyası qərarlaşıb və onun nəticəsi təxminən 13,6–13,7 faiz səviyyəsində qiymətləndirilir.

Əlaqəli Xəbərlər