Menyu

Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycana təşəkkür edib

Operativ Media
Ukrayna Ali Radasının vitse-spikeri Azərbaycana təşəkkür edib

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana aparılıb.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk sosial media hesabında paylaşım edib.

Vitse-spiker Ukraynanın müharibədən təsirlənmiş azyaşlı vətəndaşlarına göstərilən xüsusi diqqət və dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:

"29 ukraynalı uşaq psixoloji və sağlamlıq reabilitasiyası üçün Azərbaycana göndərilib. Bu, cari ildə aparılan üçüncü qrupdur. İndiyədək 500-dən çox uşaq reabilitasiya məqsədilə bu ölkədə olub. Müharibədən zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstək və diqqətə görə Azərbaycana təşəkkür edirik".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər