"iPhone 18 Pro"nun rəngləri açıqlanıb - FOTO
"iPhone 18 Pro"nun mümkün rəngləri açıqlanıb.
Operativ Media-nın məlumatına görə, bu barədə "Macworld" məlumat yayıb.
Bildirilib ki, şirkət eyni anda bir neçə rəng seçimini sınaqdan keçirir.
Məlumata görə, hazırda "Pro" seriyası üçün dörd əsas rəng nəzərdən keçirilir:
açıq mavi,
tünd albalı- mümkün yeni əsas rəng,
tünd boz,
gümüşü.
Qeyd edilib ki, "iPhone Ultra" adlandırılması gözlənilən qatlanan "iPhone"da təqdim ediləcək. Cihaz əvvəlki modellərin tünd mavisini xatırladan gümüşü-ağ və indigo rənglərində buraxıla bilər.
İlkin məlumata görə, qatlanan smartfonun iki əsas kamerası olacaq: xarici və daxili ekranlarda ön modullar, açıldıqda isə "iPad mini"-yə bənzəyəcək. Qalınlığının təxminən 4,7 mm olacağı gözlənilir.
Həmçinin bildirilir ki, qatlanan "iPhone"-un qiymətinin 2000 dolları keçə bilər. Bu məlumat hələlik rəsmi olaraq təsdiqlənməyib.