Sankt-Peterburqdan İstanbula uçan təyyarə məcburi eniş edib - YENİLƏNİB
Operativ Media
“Pegasus” aviaşirkətinə məxsus Sankt-Peterburq–İstanbul marşrutu üzrə uçan təyyarə sərnişinlərdən birinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Buxarestdə məcburi eniş edib.
Operativ Media xəbər verir ki, 60 yaşlı sərnişin təyyarə eniş etdikdən sonra vəfat edib.
Məlumata görə, tibb işçiləri enişdən sonra onu həyata qaytarmağa çalışsalar da, cəhdlər nəticə verməyib.
19:10
Sankt-Peterburqdan İstanbula uçan təyyarə Rumıniyada məcburi eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə "SHOT" məlumat yayıb.
Bildirilib ki, təyyarə havaya qalxdıqdan iki saat sonra təhlükə siqnalı verib və Buxarestə təhlükəsiz eniş edib.