Menyu

Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Operativ Media
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya XİN-in X platformasındakı səhifəsində məlumat verilib.

Səfirin nazirliyə çağırılmasına səbəb Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri olduğu qeyd edilib.

“Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”, - deyə məlumatda bildirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər