Menyu

Belçika XİN: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirik

Operativ Media
Belçika XİN: Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirik

Belçika Baş nazirinin müavini və xarici işlər naziri Maksim Prevost Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə o, erməni həmkarı Ararat Mirzoyan ilə telefon danışığından sonra “X” sosial şəbəkə hesabında yazıb.

Paylaşımda qeyd olunub: "Ermənistan və Azərbaycanın sülh prosesində davamlı iştirakını alqışlayıram və sülh müqaviləsinin tezliklə imzalanmasına ümid edirəm".

Eyni zamanda, Belçika ilə Ermənistan arasında ikitərəfli münasibətlərin gücləndirilməsi, eləcə də Avropa İttifaqı ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər