Tramp: İran razılaşana qədər blokada davam edəcək
Operativ Media
Donald Tramp İranla razılıq əldə olunana qədər Hörmüz boğazında yerləşən İran limanlarının blokadada saxlanılacağını bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, blokada İran iqtisadiyyatına ciddi zərbə vurur:
“Ən əsası, İranı tamamilə məhv edən blokada, razılaşma əldə olunana qədər qaldırılmayacaq. Onlar gündə 500 milyon dollar itirirlər ki, bu da qısa müddətdə belə davamlı olmayan bir rəqəmdir”.
Tramp həmçinin qeyd edib ki, bəzi xarici media qurumları İranın mövqeyini dəstəkləyərək ABŞ əleyhinə ritorika yayır.
O iddia edib ki, hakimiyyətdə olduğu müddətdə Tehran bu qarşıdurmadan qalib çıxa bilməyəcək.