Hikmət Hacıyev Yunanıstanda Armen Qriqoryanla panel müzakirədə iştirak edəcək
Operativ Media
Aprelin 22-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Yunanıstanın Delfi şəhərində keçiriləcək Delfi İqtisadi Forumunda iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb.
Bildirilib ki, forum çərçivəsində Qriqoryan Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə birlikdə “Strateji ayırıcı xətlər: Avropanın Şərq qonşuluğunda münaqişələrin idarə olunması və dayanıqlılığın artırılması” adlı panel müzakirəsində iştirak edəcək.
Müzakirələrə Yunanıstan baş nazirinin milli təhlükəsizlik müşaviri Tanos Dokos və Moldova prezidentinin milli təhlükəsizlik müşaviri Stanislav Sekrieru də qatılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net