Tramp İrana 8 qadının azad edilməsi ilə bağlı çağırış edib
Operativ Media
ABŞ Prezidenti Donald Tramp İranı edam cəzasına məhkum edilmiş 8 qadını azad etməyə çağırıb.
Operativ Media xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında yazıb.
Tramp bildirib ki, qadınların azad olunması danışıqlar üçün müsbət başlanğıc ola bilər və bu qərarın yüksək qiymətləndiriləcəyini vurğulayıb.
"Bu qadınların azad edilməsini çox yüksək qiymətləndirirəm. Əminəm ki, onlar sizin qərarınıza hörmətlə yanaşacaqlar. Xahiş edirəm, onlara zərər verməyin! Bu, danışıqlarımız üçün əla başlanğıc olardı!".