Makron Ermənistana səfər edəcək
Operativ Media
Fransa Prezidenti Emmanuel Makron mayın 5-də Ermənistana rəsmi səfəri edəcək.
Operativ Media xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Qeyd olunub ki, məlumat Ermənistan baş nazirinin müavini Tiqran Xaçatryan ilə Fransanın İrəvandakı səfiri Olivye Dekottinyi arasında keçirilən görüş zamanı açıqlanıb.
"Baş nazirin müavini mayın 4-də İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinin, eləcə də ertəsi gün Fransa Prezidenti Emmanuel Makronun Ermənistana səfərinin əhəmiyyətini xüsusilə vurğulayıb", - deyə Ermənistan hökumətinin mətbuat xidmətinin açıqlamasında bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net