Menyu

Nazir: Minimum əməkhaqqının artırılması 700 min nəfərə şamil olunub

Operativ Media
Nazir: Minimum əməkhaqqının artırılması 700 min nəfərə şamil olunub

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev minimum əməkhaqqının artırılması istiqamətində görülən işlərdən danışıb.

Operativ Media-nın məlumatına görə, nazir bu barədə APA-ya və ARB24 televiziyasına müsahibəsində bildirib.

Anar Əliyev qeyd edib ki, minimum əməkhaqqı mahiyyət etibarilə universal sosial standartdır və tam iş vaxtı ilə çalışan şəxslərə bu məbləğdən aşağı əməkhaqqının ödənilməsinə qanunvericilik yol vermir.

Onun sözlərinə görə, bu standartın icrasına mütəmadi nəzarət edilir və proses elektron sistem üzərindən həyata keçirilir:

“Əmək və məşğulluq alt sistemi vasitəsilə bu prosesə demək olar ki, həftəlik əsasda nəzarət edirik. Monitorinqlər zamanı minimum əməkhaqqından aşağı maaş alan şəxslər aşkarlandıqda işəgötürənlərə maarifləndirici bildirişlər göndərilir və müvafiq nəzarət tədbirləri görülür”.

Nazir bildirib ki, minimum əməkhaqqı həm dövlət, həm də özəl sektor üçün aktual sosial standartdır. Onun sözlərinə görə, son sosial islahatlar paketi çərçivəsində təxminən 700 min nəfərə minimum əməkhaqqı artımı şamil olunub.

Anar Əliyev əlavə edib ki, dövlət sektorunda vahid tarif cədvəli üzrə mövcud pillələr minimum əməkhaqqının artımı ilə paralel şəkildə yüksəlir və bu, bütün sistemə təsir göstərir. Özəl sektorda da oxşar mexanizmin tətbiq olunduğu qeyd edilib.

Nazir vurğulayıb ki, minimum əməkhaqqının artırılması ölkədə orta aylıq gəlirlərin yüksəlməsinə müsbət təsir göstərir.

Əlaqəli Xəbərlər