Kallas: Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır
Aİ Azərbaycanla əməkdaşlığı genişləndirməyi və minatəmizləməyə əlavə dəstəyi nəzərdən keçirir
Operativ Media xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas Lüksemburqda keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanla münasibətlərin inkişafı istiqamətində gələcək addımları müzakirə edib və enerji, ticarət kimi sahələrdə əməkdaşlığın gücləndirilməsini vacib hesab edir.
Kallas Azərbaycanın Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşı olduğunu da qeyd edib.
O, Qarabağda minatəmizləmə sahəsində beynəlxalq dəstəyin artırılması ilə bağlı çağırışları şərh edərək bildirib ki, Aİ artıq bu istiqamətdə fəaliyyət göstərir və əlavə dəstək imkanları istisna edilmir.
Kallas həmçinin vurğulayıb ki, Aİ Cənubi Qafqazı strateji region kimi görür və Ermənistan–Azərbaycan sülh prosesindəki irəliləyişi müsbət qiymətləndirir.