Menyu

Türkiyədə "Ataşehir" Bələdiyyəsi istintaqı çərçivəsində 19 nəfər həbs olunub

Şəfa Hüseynli
Türkiyədə "Ataşehir" Bələdiyyəsi istintaqı çərçivəsində 19 nəfər həbs olunub

Türkiyədə "Ataşehir" Bələdiyyəsində tender və mənzil prosedurları ilə bağlı rüşvət iddiaları səbəbindən istintaq çərçivəsində saxlanılan 20 şübhəlidən 19-u, o cümlədən bələdiyyə sədri Onursal Adıgüzel həbs edilib.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, bələdiyyə üzvləri o cümlədən, sədr, müavin və digər şəxslər "rüşvət", "cinayət törətmək məqsədilə təşkilat yaratmaq, idarə etmək və üzv olmaq" və "tender saxtakarlığı" ittihamları ilə rüşvət aldıqları barədə məlumatlardan sonra başlanan istintaq çərçivəsində saxlanılan və məhkəməyə gətirilən 20 şübhəlinin dindirilməsi başa çatdırılıb.

Əlaqəli Xəbərlər