Menyu

Ərdoğan almaniyalı həmkarı ilə danışıb

Operativ Media
Ərdoğan almaniyalı həmkarı ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə almaniyalı həmkarı Frank-Valter Ştaynmayer arasında telefon danışığı baş tutub.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Liderlər Türkiyə-Almaniya ikitərəfli münasibətləri ilə regional və qlobal prosesləri müzakirə ediblər", - məlumatda bildirilib və əlavə olunub ki, Ərdoğan Türkiyə ilə Almaniya münasibətlərinin son dövrdə həyata keçirilən yüksəksəviyyəli təmaslarla inkişaf etdiyini xatırladıb.

Yaxın Şərqdəki müharibənin Avropanı da zəiflətdiyi vurğulanıb: "Bu gedişata sülhyönümlü yanaşma ilə müdaxilə edilmədiyi təqdirdə münaqişə prosesinin vuracağı zərər daha böyük olacaq", - Ərdoğandan sitat gətirilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər