Menyu

Danimarkada qatar toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

Şəfa Hüseynli
Danimarkada qatar toqquşması nəticəsində 17 nəfər xəsarət alıb

Danimarkanın şimalındakı Şimali Zelandiyanın Kagerup əyalətinin yaxınlığındakı Qribskov xəttində baş verən qatar toqquşması nəticəsində on yeddi nəfər xəsarət alıb.

Operativ Media xəbər verir ki, bu barədə Fövqəladə Hallara Qarşı Mübarizə Bölməsinin rəhbəri Anders Damm Hejmdal bildirib.

Damm Hejmdal qəza yerinə çoxsaylı təcili yardım maşınlarının gəldiyini qeyd edib. Qəzada 17 nəfər yaralanıb. Onlardan beşinin vəziyyəti ağırdır.

Məlumata görə, iki qatarda ümumilikdə 38 sərnişin olub.

Əlaqəli Xəbərlər