Gürcüstan XİN rəhbəri Yunanıstana səfər edəcək
Şəfa Hüseynli
23-24 aprel tarixlərində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Delfi İqtisadi Forumunda iştirak etmək üçün Yunanıstana səfər edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, forum çərçivəsində Maka Boçorişvilinin "Genişlənmə ilə təmin edilən qorunma: Təhlükəsizlik üzvlüyün yeni sütunu kimi" adlı işçi sessiyada iştirakı planlaşdırılır.
Həmçinin, xarici işlər naziri "Aralıq dənizindən Qara dənizə: Avropa üçün yeni təhlükəsizlik kəməri" adlı işçi sessiyada çıxış edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net