Menyu

Fransa və Polşa Baltik dənizi üzərində nüvə təlimləri keçirməyi planlaşdırır

Şəfa Hüseynli
Fransa və Polşa Baltik dənizi üzərində nüvə təlimləri keçirməyi planlaşdırır

Fransa və Polşa aviasiyanın iştirakı ilə birgə hərbi təlimlər keçirməyi planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə " Wirtualna Polska" portalı məlumat yayıb.

Bildirilib ki, təlimlər Baltik dənizi üzərində və Polşanın şimalında baş tuta bilər. ASMP raketləri ilə təchiz olunmuş Fransa Rafale qırıcılarının, eləcə də Polşa Hərbi Hava Qüvvələrinin iştirakı gözlənilir.

Polşa aviasiyası kəşfiyyat və hədəf toplama missiyaları yerinə yetirəcək, əsasən qanadlı raketlər tətbiq edəcək. Fransa tərəfi isə öz növbəsində nüvə başlıqlarının istifadəsini simulyasiya edəcək.

Qeyd edilib ki, Polşada nüvə silahlarının daimi yerləşdirilməsi planlaşdırılmır. 


Əlaqəli Xəbərlər