Azərbaycan Çin ilə logistika və texnologiya sahələrində əməkdaşlığı müzakirə edib
Operativ Media
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyev Çin Xalq Respublikasının Dövlət İnternet İnformasiya Ofisinin naziri Cuan Junven ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında bildirib.
Bildirilib ki, görüş zamanı ölkələr arasında nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
"İKT və innovasiya ekosisteminin inkişafı istiqamətində mövcud imkanlar barədə fikir mübadiləsi apardıq.
Eyni zamanda kibertəhlükəsizlik, tədqiqat, kadr hazırlığı və digər müvafiq sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi, eləcə də bu istiqamətdə normativ-hüquqi bazanın genişləndirilməsi haqqında danışdıq".- nazir qeyd edib.