Hikmət Hacıyev Slovakiya səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib
Operativ Media
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Slovakiyanın Bakıdakı səfiri Elçin Qasımov iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkə hesabında yazıb.
"Biz Slovakiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsini müsbət qiymətləndirdik. Bu, qarşıdan gələn çoxsaylı yüksək səviyyəli səfərlərlə təsdiqlənir. Əməkdaşlığımızın daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirəm", - səfir yazıb.