Pezeşkian: İranda parçalanma yoxdur
Operativ Media
İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirib.
Operativ Media xəbər verir ki, Pezaşkian Trampın sözlərinə cavab olaraq ölkəsində sərt xətt tərəfdarları və mülayimlər arasında heç bir ayrı-seçkiliyin olmadığını bildirib.
Pezeşkian qeyd edib ki, ölkədə “sərt xətt tərəfdarları” və “mülayimlər” arasında ayrı-seçkilik yoxdur və bütün qüvvələr vahid mövqedən çıxış edir.
Onun sözlərinə görə, İran xalqı və dövləti birlik içindədir və ölkə rəhbərliyinin göstərişlərinə uyğun hərəkət edir.
Qeyd edək ki, Donald Tramp daha əvvəl İranda daxili siyasi qruplar arasında ciddi mübarizənin getdiyini iddia etmişdi.