Tramp: İranla razılaşma bütün dünya üçün uyğun olduqda bağlanacaq
Operativ Media
İranla razılaşma yalnız Amerika Birləşmiş Ştatları, müttəfiqləri və dünyanın qalan hissəsi üçün uyğun və məqbul olduqda bağlanacaq.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial media platformasında paylaşım edib.
O bildirib ki, hazırda ən az təzyiq altında olan tərəf məhz özüdür.
“Vaxtım var, amma İranın yoxdur. Saat işləyir. İranın Hərbi Dəniz Qüvvələri dənizin dibindədir, Hərbi Hava Qüvvələri məhv edilib, hava hücumundan müdafiə və radar sistemləri sıradan çıxarılıb, liderləri artıq bizimlə deyil. Blokada güclüdür və tam təsirlidir. Zaman onların tərəfində deyil”, – deyə Tramp əlavə edib.