Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb - YENİLƏNİB
Operativ Media
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
Operativ Media xəbər verir ki, taxılın ümumi çəkisi 350 tondur.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 24 min tondan çox taxıl, 1 600 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
*** 09:08
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.
Operativ Media xəbər verir ki, bu ölkəyə 5 vaqon buğda tədarük olunacaq.