Britaniya qanunsuz immiqrasiya ilə mübarizə üçün Fransaya təxminən 890 milyon dollar ödəyəcək
Böyük Britaniya La-Manş boğazından qanunsuz miqrantların keçidinə nəzarəti gücləndirmək üçün Fransaya 660 milyon funt sterlinq (təxminən 890 milyon dollar) ayıracaq.
Operativ Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi tərəfindən imzalanmış müqavilədə bildirilir.
Bəyanatda qeyd olunur ki, "Şimali Fransada nəzarət sisteminin gücləndirilməsinə 500 milyon funt sterlinq, sərhəd keçidlərinin qarşısının alınmasındakı effektivliyinə əsaslanan yeni tədbirlərin maliyyələşdirilməsinə isə əlavə 161 milyon funt sterlinq investisiya qoyulacaq".
Billdirilib ki, məbləğ həm də, Fransanın şimal sahillərində patrul xidməti göstərən polis məmurlarının sayının artırılmasına sərf olunacaq.
Ümumilikdə, 2025-ci ildə Böyük Britaniyaya təxminən 41.500 nəfər qanunsuz yolla gəlib ki, onların arasında ən çox sayda Eritreya, Əfqanıstan, İran, Sudan və Somali vətəndaşları olub. Bu ilin əvvəlindən bəri İngilis Kanalı vasitəsilə Böyük Britaniyaya 6000 qanunsuz immiqrant gəlib və bəzi günlərdə bu rəqəm 600-ü keçib.