Menyu

Yaponiyanın şimal-şərqində baş verən meşə yanğınları 400 hektar ərazini əhatə edib

Şəfa Hüseynli
Yaponiyanın şimal-şərqində baş verən meşə yanğınları 400 hektar ərazini əhatə edib

Yaponiyanın şimal-şərqində İvate prefekturasının dağlıq ərazisində meşə yanğını baş verib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, fəlakət 2500-dən çox sakinin yaşayış məntəqələrindən təxliyə edilməsinə səbəb olub.

Yanğın son iki gündə təxminən 400 hektar ərazini əhatə edib.

Hazırda yanğın tam lokallaşdırılmayıb. Məlumata görə, təxminən 700 yanğınsöndürən və 13 təyyarə yanğını söndürməyə çalışır.

Ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Əlaqəli Xəbərlər